Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinlə ilk görüşündə Krımı geri qaytarmaq istəyini dilə gətirdiyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Strana.ua yayıb.
Zelenski eyni zamanda etiraf edib ki, hazırda Kiyevin bu məqsədə çatmaq üçün yetərli gücü və dəstəyi yoxdur:
“Bəli, bu gün bütün bunlara gücümüz çatmır. Bütün bunlar üçün kifayət qədər dəstəyimiz yoxdur”, — deyə o qeyd edib.
Ukrayna lideri çıxışı zamanı həmçinin bildirib ki, ölkənin hazırda NATO-ya üzv olmaq imkanı yoxdur.
Tahir Turan
Globalinfo.az