Zelenskidən III Dünya savaşı haqda maraqlı çıxış

“Ukrayna müharibəsi hələ bitməyib, amma situasiya dəyişir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, indidən bu müharibədə kimin qələbə qazanacağının aydın göründüyünü bildirib:

“İrəlidə hələ toqquşmalar və göz yaşları var, amma indi mən dəqiq deyə bilərəm ki, ən yaxşı kimdir. Azad dünyanın azad insanları, bu sizsiniz! Bu bizim azadlıq mübarizəmizdə azad Ukrayna xalqının ətrafında birləşən sizsiniz! Üçüncü Dünya müharibəsi olmayacaq, çünki bu, trilogiya deyil. Ukrayna Rusiya aqressiyasını öz ərazisində bitirəcək”.

Gülnar Səlimova
Globalinfo.az