
“Ukrayna mayın 9-da Rusiya ərazisində təxribatlar törədə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday deyib.
O təklif edib ki, belə təhdidlərdən qurtulmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenskini məhv etmək lazımdır.
“Ona heç bir əxlaqi, insani və ya digər standartlarla yanaşmaq olmaz. Moskva terror hücumlarına çox həssasdır. Bunun qarşısının alınmasında isə ən yaxşı vasitə mənbəyin məhv edilməsidir. Biz Zelenskini, eləcə də bir sıra personajları sıradan çıxarmalıyıq, vəssalam!”, – deyə o bildirib.
Günay Rəsulqızı
Globalinfo.az