Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişuk bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Economic Times” qəzeti yayıb.
Bildirilir ki, buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenskinin Hindistanın Baş naziri Narendra Modinin Rusiyada bu ölkənin Prezidenti Vladimir Putinlə görüş keçirməsini tənqid etməsi olub.
Bununla yanaşı, insident fonunda Hindistanın Ukrayna ilə mədəniyyət məsələləri üzrə birgə işçi qrupun iclasını təxirə saldığı da qeyd olunub.
Xatırladaq ki, Modinin Moskvaya səfəri Rusiya ordusunun iyulun 8-də Kiyevə raket zərbələri endirməsi ərəfəsində baş tutub.