“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla mübahisəsindən sonra Vaşinqtonla əlaqələri bərpa etməyə çalışır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” jurnalı məlumat yayıb.
Beş yüksək rütbəli Qərb və Ukrayna rəsmisi nəşrə açıqlamasında bildirib ki, kəşfiyyat məlumatlarının dayandırılması Rusiyaya kritik cəbhələrdə irəliləməyə imkan verib:
“Nəticədə çoxlu ukraynalı əsgərlər həyatını itirib. Ukrayna lideri karyerasının siyasi baxımdan ən təhlükəli anlarından biri ilə üz-üzədir. ABŞ təkcə hərbi yardımı kəsməyib, həm də Ukraynada Zelenskinin rəqibləri ilə gizli danışıqlar aparır. Bütün bu hadisələr onun əlini zəiflədə bilər”.
Nəşr son baş verənləri “Zelenski üçün böyük sınaq” kimi qiymətləndirib:
“Ukrayna lideri hazırda Trampı sakitləşdirməyə çalışır”.
Qeyd edək ki, Ukrayna təmsilçiləri gələn həftə Səudiyyə Ərəbistanında ABŞ komandası ilə görüşəcəklər.
Günay Rəsulqızı
Globalinfo.az