Zelenski tarix verdi: Tramp gizli variantı elan edəcək

zelenski tramp

“ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaxın vaxtlarda danışıq baş tuta bilər”.

Globalinfo.az xəbər verir ki, Ağ Ev lideri  bunu jurnalistlərə açıqlamasında bildirib.

“Zelenski ilə danışıqlar mümkündür”, – deyən Tramp təklif olunan söhbətin formatı ilə bağlı əlavə suallara cavab verməkdən yayınıb.

Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenski Donald Trampın komandasından mötəbər adamların bu həftə ərzində Ukraynaya səfər edəcəyini açıqlayıb. “Bloomberg”in məlumatına görə, Trampın komandası yaxın vaxtlarda Ukraynadakı münaqişənin həlli variantlarını elan edəcək.

Əliyar Xəlil
Globalinfo.az