Zelenski sülh üçün vacib şərti açıqladı

2025 06 23T164533Z 108951342 RC2G8FAAMH1K RTRMADP 3 UKRAINE CRISIS ZELENSKIY BRITAIN pic 32ratio 900x600 900x600 84776

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində sülhə nail olunması üçün Rusiya lideri Vladimir Putinlə birbaşa görüşün zəruri olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, rəsmi açıqlamasında deyib.

“Biz sülhə nail olmaq istəyiriksə, görüşə ehtiyacımız var,” – deyə Ukrayna lideri bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirilən mətbuat konfransında Moskvanın 2022-ci ildə İstanbulda razılaşdırılmış şərtlərlə danışıqları bərpa etməyə hazır olduğunu bəyan etmişdi.

O, Kiyevi dialoqu gecikdirməməyə çağıraraq, bu vəziyyətin Ukraynanın maraqlarına zidd olduğunu qeyd etmişdi.

Tahir Turan
Globalinfo.az