abs iran danisiqlar 900x600 1

ABŞ və İran arasında texniki səviyyədə məsləhətləşmələr davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Tehranla diplomatik həll yolunun tapılmasına sadiqdir və bu məqsədlə tərəflər arasında texniki danışıqlar davam etdirilir.

ABŞ rəsmisinin sözlərinə görə, hazırda tərəflər mümkün razılaşma istiqamətində təmaslarını dayandırmayıblar və məsləhətləşmələr davam edir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: