vusal nebiyev

Azərbaycan vətəndaşı Türkiyədə bədbəxt hadisənin qurbanı olub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bursa şəhərində qeydə alınıb.

İlkin məlumata görə, Ağdam rayon sakini, 26 yaşlı Vüsal Nəbiyev işlədiyi müəssisədə dəmirüyüdən aparata düşüb. O aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Mərhum artıq Azərbaycana gətirilərək dəfn olunub.

Paylaş: