2 60

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə şəxsi münasibətlərinin sülh prosesinə təsirini izah edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Politico” nəşrinə verdiyi müsahibədə danışıb.

“Heç kim demir ki, biz dost olmalıyıq. Putin Ukraynanı işğal etməyə çalışdı. Biz cavab verdik və o, çoxlu əsgər itirdi. Bu münasibət tamamilə başadüşüləndir. Amma bizə sülh lazımdır. Sülh emosiyalarla bağlı deyil. Nifrət isə emosiyalarla bağlıdır”, – deyə Ukrayna lideri bildirib.

Zelenski sülh müqaviləsinin iki lider arasındakı şəxsi münasibətlərlə heç bir şəkildə əlaqəli olmadığını vurğulayıb.

O bildirib ki, bu, insanlara yaşamaq və münaqişəyə son qoymaq imkanı verəcək konkret sənəddir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: