Zelenski Zalujnıya ad verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını təltif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski fərman imzalayıb.

Fərmana əsasən, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətlərinə, Ukrayna xalqı qarşısında fədakar əməyinə görə general Valeriy Fedoroviç Zalujnı “Qızıl Ulduz” ordeni ilə təltif olunub və “Ukrayna Qəhrəmanı” adına layiq görülüb.

Həmçinin general-leytenant Kirilo Oleksioviç Budanovun da “Ukrayna Qərhəmanı” adına layiq görülməsi və “Qızıl Ulduz” ordeni ilə təltif olunması barədə fərman imzalanıb.

Əliyar Xəlil
Globalinfo.az