zelenski 900x600 1

Polşa prezidenti Karol Navrotski Ukrayna prezidenti Volodimir Zelenskinin “Ağ Qartal” Ordenindən məhrum edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Beta24” nəşri məlumat yayıb.

Navrotskinin sözlərinə görə, bu qərar Ukraynada UPA nümayəndələrinin qəhrəmanlaşdırılması ilə bağlı mövqedən irəli gəlir.

O bildirib ki, belə yanaşma Polşa üçün qəbuledilməzdir. “Ağ Qartal” Ordeni Polşanın ən qədim və ən ali dövlət mükafatlarından biri hesab olunur. Mükafat 1705-ci ildə Kral II Avqust tərəfindən təsis edilib və adətən dövlət qarşısında müstəsna xidmətləri olan şəxslərə təqdim olunur.

Xatırladaq ki, Volodimir Zelenski bu ordenlə 2023-cü ilin aprelində Polşanın o zamankı prezidenti Andjey Duda tərəfindən təltif edilmişdi.

Rəsmi Varşava UPA üzvlərini Volın hadisələri zamanı polyak əhaliyə qarşı törədilən kütləvi qətllərlə əlaqələndirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: