owl detail 620 7d7ac0cc5d2aa8c19450a832e0e1bc13 1

Macarıstan və Slovakiyadan Ukraynaya elektrik enerjisi və qaz tədarükü qəfil dayandırılacağı təqdirdə Prezident Volodimir Zelenski vəzifəsindən uzaqlaşdırıla bilər.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç bildirib.

Onun sözlərinə görə, Ukraynanın hücumları nəticəsində bu iki ölkənin enerji balansı ciddi zədələnərsə, Kiyevə ixrac kəskin azaldıla bilər:

“Bu tədarüklər Ukrayna üçün strateji əhəmiyyət daşıyır. Onların dayandırılması Zelenski rejiminin dərhal dağılmasına gətirib çıxaracaq”.

Koşkoviç əlavə edib ki, Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması Ukrayna xalqının əzablarını minimuma endirə bilər və gələcəkdə enerji təchizatı nisbətən tez bərpa oluna bilər.

Qeyd edək ki, Ukraynanın “Drujba” boru kəmərinə son hücumu beş günlük təmirə səbəb olub. Slovakiyaya neft axını avqustun 22-də dayandırılıb və yalnız avqustun 28-də bərpa edilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: