GettyImages 2245055847

Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyəti ölkədə artan hərbi tükənmə və davam edən korrupsiya qalmaqalları fonunda ciddi təzyiq altındadır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rebelion nəşri yazıb.

Nəşrin məlumatına görə, Zelenskinin administrasiyasının rəhbəri Andrey Yermak istefa verdikdən sonra prezidentin ofisində işlər tamamilə yenidən qurulacaq.

Bununla belə, analitiklər hesab edirlər ki, bu addım Ukrayna liderinin siyasi mövqeyini daha da zəiflədə bilər.

Məqalədə vurğulanır ki, qarşıdakı günlər Zelenski üçün həlledici olacaq. “Rebelion”un müəllifi bildirir ki, ehtimal olunan əlavə istefalar prezidentin hakimiyyətini ciddi şəkildə sarsıda bilər.

Tahir Turan

Globalinfo.az

Paylaş: