1764567382 zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-la aparılan danışıqlarda bir sıra məsələlər üzrə fikir ayrılıqlarının olduğunu etiraf edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Kiyevdə Çexiya Prezidenti Petr Pavel ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Zelenskinin sözlərinə görə, bəzi məsələlərdə Kiyev və Vaşinqtonun mövqeləri üst-üstə düşmür. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin say tərkibi ilə bağlı fikir ayrılığı mövcuddur. Prezident vurğulayıb ki, ordunun sayı 800 min nəfər səviyyəsində saxlanılmalıdır, lakin bunun maliyyə baxımından ciddi çətinlik yaratdığını da etiraf edib.

“800 minlik ordunun saxlanılması konkret maliyyə vəsaiti və plan tələb edir. Ukraynanın büdcəsində isə bu qədər vəsait yoxdur”, – deyə Zelenski bildirib.

Bununla yanaşı, Ukrayna Prezidenti ABŞ-da aparılan danışıqlardan sonra ikitərəfli əməkdaşlıq çərçivəsində bərpa prosesinə dair 800 milyard dollar dəyərində sazişin imzalanacağını istisna etməyib. O, bu məsələnin Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində gündəmə gələ biləcəyini deyib.

Zelenskinin sözlərinə görə, yaxın günlərdə ABŞ-la keçiriləcək növbəti danışıqlarda Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Aparatının rəhbəri Kirill Budanov və hakim “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Arahamia təmsil edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: