Zelenski əks-hücumdan əvvəl Bakıdan bunu istədi – Politoloq

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş baş tutdu.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bir neçə səbəbdən əhəmiyyətlidir:

“Birincisi, bu görüş Azərbaycanın Ukraynanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması istəyini tərənnüm etdirir.

İkincisi, Azərbaycan dost Ukraynaya humanitar yardımlarını davam etdirəcək.

Üçüncüsü, Azərbaycan Ukraynaya daha çox yanacaq verməyə hazırdır.

Dördüncüsü, müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda dincəlmələri davam etdiriləcək.

Elxan Şahinoğlu

Ermənistan Ukraynaya yardım etmir. Halbuki Ukraynada müharibəyə qədər azərbaycanlılarla ermənilərin sayı faktiki eyni idi. Ancaq müharibə zamanı Ermənistan Rusiyanın qorxusundan Ukraynaya yardım etməyib.

Azərbaycanın Ukraynaya yardımı Vaşinqton tərəfindən də yüksək qiymətləndirilib. Prezident Volodimir Zelenski müharibədən sonrakı dövrdə Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını arzuladığını bildirib. İnanırıq ki, bu da olacaq”.

Turan Rzayev
Globalinfo.az