“Litva rus işğalına qarşı özünü müdafiəyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bunu Litva milli təhlükəsizlik müşaviri Deyvidas Matulionis deyib.
“Ölkəmdə narahatlıq çox yüksəkdir, amma eyni zamanda öz müdafiəmiz üçün hazırlaşırıq”, – Matulionis qeyd edib.
O əlavə edib ki, Rusiya Litvaya daxil olsa, ölkənin silahlı qüvvələri alyansın dəstək qüvvələri gələnə qədər mübarizə aparacaq.
Qeyd edək ki, bir müddətdir xarici mediada Avropa ölkələrinin potensial işğal təhlükəsindən narahat olduqlarına dair xəbərlərə yayılır.
Safura Bənnayeva
Globalinfo.az