2025 06 06T070123Z 286998028 RC25LEA84O52 RTRMADP 3 NATO SUMMIT TRUMP ZELENSKIY pic 32ratio 900x600 900x600 81865

Ukraynanın “Gripen” qırıcılarına əlavə olaraq “Rafale” təyyarələri almaq planı Avropada təəccüb doğurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Kiyevin belə bir alış üçün maliyyəsi yoxdur və proses böyük ölçüdə dondurulmuş Rusiya aktivlərindən asılı olacaq.

Məqalədə qeyd olunur ki, Fransanın “acınacaqlı vəziyyətdə” olan dövlət maliyyəsi də bu alışın Paris tərəfindən birbaşa maliyyələşdirilməsini mümkünsüz edir. Prezident Emmanuel Makron bildirib ki, mümkün alış üçün Avropa mexanizmləri və dondurulmuş Rusiya aktivləri istifadə oluna bilər.

Paris öz arsenalından döyüş təyyarələri ayırmağı və ya Ukraynanı digər müştərilərə nisbətən üstün tutmağı planlaşdırmır.

Ukraynalı hərbi rəsmilər isə bildirirlər ki, hətta maliyyə təmin olunsa belə, bu təyyarələri tez bir zamanda əldə etmək mümkün deyil.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: