Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Mövsümlə əlaqədar kəskin respirator virus infeksiyasına, COVID-19 və qripə yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin binasında maska rejimi və digər profilaktik məhdudiyyətlər tətbiq olunur.
Maska və respiratorlardan istifadə etməklə yanaşı, ziyarətçilərin sayı və işçilər arasında şəxsi təmas da azaldılır.
Bundan əlavə, məmurlara həm xaricə, həm də Rusiya daxilində ezamiyyətləri azaltmaq tövsiyə olunub.
Məhdudiyyətlər sentyabrın 18-dən tətbiq ediləcək.