Zelenski Braziliya prezidenti ilə telefonla danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski tviter hesabında paylaşım edib.

“Bizi dəstəklədiyiniz üçün təşəkkür edirik. Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunmasının vacibliyini qeyd etdik. Biz həmçinin Ukraynanın və dünyaya sülh gətirmək üçün diplomatik səyləri müzakirə etdik”, – deyə o bildirib.