fransa asker afp 2008303

Fransanın sağçı “Patriots” partiyasının lideri Florian Filippo ölkə hökumətinin Rusiya ilə münaqişəyə hazırlaşmaq planlarını tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında yazıb.

Siyasətçi hərbi planlaşdırma haqqında yenilənən qanun layihəsinin Fransa Nazirlər Şurasına təqdim ediləcəyi xəbərinə münasibət bildirib.

“Bu yeni müstəsna manipulyasiyaların fövqəladə vəziyyətdən fərqli olması nəzərdə tutulur… Rusiyaya qarşı gələcək müharibənin konteksti müzakirə olunur”, – o, qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: