Rusiyaya yeni sürprizlərimiz olacaq – Zelenski

189609 1 large

“Ukrayna 2024-cü ildə təkcə müdafiə olunmayacaq, həm də  yeni əks-hücuma hazırlaşacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, Rusiya kimi böyük ölkə ilə müharibədə müdafiənin də çətin olduğunu bildirib. Zelenski müdafiəni Ukrayna üçün bir nömrəli vəzifə adlandırıb.

Eyni zamanda, ölkəsinin Qara dənizdə Rusiya üçün yeni sürprizlər hazırladığını vurğulayıb:

“Cənub və Rusiyanın 200 mindən çox əsgərinin olduğu şərqin müdafiəsi bizim üçün çox önəmlidir. Təbii ki, biz yeni əks-hücum və əməliyyat hazırlayacağıq. Morada dayana biləcəyimizi demirəm. Bu, çox şeydən asılıdır”, – deyə Zelenski bildirib.

Əliyar Xəlil
Globalinfo.az