ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonla Tehran arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşmasının mümkün olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Vensin sözlərinə görə, bunun üçün İran ABŞ-a münasibətdə davranışını dəyişməli və bu dəyişikliyi praktiki addımlarla göstərməlidir.
“Əgər iranlılar ABŞ-a qarşı hərəkətlərini dəyişsələr, o zaman daha yaxşı münasibətlər üçün imkan yaranacaq. Lakin biz onların davranışındakı dəyişikliyi real olaraq görməliyik”, – deyə Vens bildirib.
Vitse-prezident Vaşinqtonun Tehranla razılaşma əldə etmək imkanını da nəzərdən keçirdiyini deyib. Onun sözlərinə görə, bunun üçün İran ABŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Vens həmçinin İranın ali lideri Müctəba Xameneinin sağ olduğunu düşündüklərini vurğulayıb.
“Biz hesab edirik ki, Müctəba Xamenei sağdır. Təbii ki, bunu dəqiq bilmirəm, çünki onu heç vaxt görməmişəm. Lakin əlimizdəki məlumatlar onun sağ olduğunu göstərir”, – deyə ABŞ rəsmisi əlavə edib.
Əliyar Xəlil