Ukraynanın yeni hücum dronları artıq cəbhədə istifadə olunur. Bu sistemlər reaktiv dronların hücumlarının qarşısının alınması zamanı tətbiq edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko məlumat verib.
O bildirib ki, yeni Ukrayna dronları hazırda aktiv sınaq mərhələsindədir və bəzi döyüş qrupları onlardan artıq praktikada istifadə edir.
Klimenkonun sözlərinə görə, bu vasitələrin effektivliyinin artırılması və kütləvi istehsala keçilməsi istiqamətində iş aparılır.
“Problemləri operativ həll etmək, imkanları genişləndirmək və qarşı tərəfin yeni taktika və texnologiyalarına uyğun olaraq dronları daim təkmilləşdirmək vacibdir”, – deyə o vurğulayıb.
Ukrayna rəsmisi həmçinin bildirib ki, avqustun 27-dən etibarən Kiyevdə 235 hava həyəcanı qeydə alınıb. Onların ümumi müddəti 261 saat, yəni 10 sutkadan çox olub.
Klimenko bunun Ukraynanın hava hücumundan müdafiə sistemi qarşısında yeni çağırış yaratdığını və vəziyyətin sürətli texnoloji həllərlə yanaşı, müdaxilə vasitələrinin kütləvi istehsalını tələb etdiyini diqqətə çatdırıb.
Əliyar Xəlil