vladimir putin jomart tokayev 24062023

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynada hərbi əməliyyatların dayandırılaraq diplomatik danışıqlara keçilməsinin vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, Tokayev bu barədə Almaniya kansleri Fridrix Merzlə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırkı şəraitdə müharibənin dərhal dayandırılması real görünməyə bilər. Amma ilk mərhələdə Ukrayna ərazisində hərbi əməliyyatların dondurulması və bundan sonra diplomatik danışıqlar prosesinə başlanması mümkündür.

Qazaxıstan lideri Rusiya Prezidenti Vladimir Putinə də mövqeyini anladığı üçün təşəkkür edib.

Tokayev Putinlə yaxşı münasibətlərinin olduğunu və onu görkəmli dövlət xadimi hesab etdiyini bildirib.

“Putin dövlət xadimi və Rusiyanın rəhbəri kimi Mərkəzi Asiya, o cümlədən Qazaxıstan, eləcə də Avropa və bütün dünya üçün ən məqbul siyasi fiqurdur”, – deyə Tokayev vurğulayıb.

O, Putini çox yaxşı tanıdığını və Rusiya prezidentinin mürəkkəb tarixə malik böyük dövlətin rəhbəri üçün zəruri keyfiyyətlərə sahib olduğunu bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: