Fransada əsasən dövlət sektorunda çalışanların iştirakı ilə ümummilli tətil və nümayişlər keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Aksiyanı ölkənin bütün əsas həmkarlar ittifaqı birlikləri təşkil edib. Ölkə üzrə 170-dən çox nümayiş keçirilib.

Etirazların əsas səbəbi hökumətin büdcə siyasətindən narazılıq və dövlət sektorunda çalışanların alıcılıq qabiliyyətinin azalmasıdır.

Tətil Fransanın 2027-ci il dövlət büdcəsi layihəsinin təqdim edilməsinə cəmi iki gün qalmış keçirilir.

Aksiyalarda xüsusilə müəllimlər, tibb işçiləri və yanğınsöndürənlər fəal iştirak edirlər.

Bununla yanaşı, məktəblilər də etirazlara qoşulublar. Onlar büdcə siyasəti ilə yanaşı, siniflərdə şagird sayının çoxluğuna və müəllim çatışmazlığına etiraz edirlər.

SaIt502QHGTZH0wnlhWgJIKjDoQt53a9YilmpKP2 1200 9fVqq83beNCNt2xSVTuPTYM8mPhUWkTLkJ2YmsCg 1200 4

Tahir Turan
Globalinfo.az

Paylaş: