6abbcd56e021a6abbcd56e021b17906926946abbcd56e02176abbcd56e0219

Bakı Ekspo Mərkəzində “ADEX” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin bir sıra qabaqcıl müdafiə sənayesi şirkətləri ilə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, sentyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Sudan Respublikasının müdafiə naziri general-leytenant Hassan Daoud Kabron Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

6abbcd56d78306abbcd56d783117906926946abbcd56d782e6abbcd56d782f

Paylaş: