
Ukrayna lideri Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü:
***
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evə çatıb.
Qeyd edək ki, Ukrayna lideri amerikalı prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə getməzdən əvvəl Vaşinqtonda Avropa liderləri ilə görüşüb.
Məlumata görə, ilk əvvəl Zelenski ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb. Daha sonra Zelenskinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte, Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya və İtaliyanın baş nazirləri Kir Starmer və Corcia Meloni, həmçinin Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşləri nəzərdə tutulub.
Görüşlər Ukrayna səfirliyinin binasında keçirilib.
Ağ Evin məlumatına görə, Trampın əvvəlcə Zelenski ilə bir saat danışması, sonra isə Avropa liderlərini qəbul etməsi planlaşdırılır.
Globalinfo.az Zelenskinin Ağ Evə getməsini əks etdirən videonu təqdim edir: