Zelenski ABŞ Konqresinə getdi – Nə baş verir?

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə maliyyə yardımının davam etdirilməsi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ Konqresinə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna liderinin gəlişini əks etdirən görüntülərini CNN yayımlayıb.

Onu Demokratlar və Respublikaçıların liderləri Çak Şumer və Mitç Makkonel müşayiət edib.

Siyasətçinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşü nəzərdə tutulub.