Zaxarovadan ABŞ-ın gizli addımına REAKSİYA

ABŞ gizli şəkildə “ATACMS” raketlərini Ukraynaya ötürüb.

Globalinfo.az xəbər verir ki, Bu barədə “Reuters” amerikalı anonim mənbəyə istinadən məlumat yayıb.

“Konqres əlavə yardımı təsdiq etməzdən əvvəl Birləşmiş Ştatlar gizli şəkildə Ukraynaya uzun mənzilli “ATACMS” raketlərini göndərib. Bu raketlər ABŞ prezidenti Co Baydenin 2024-cü ilin martında təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi hesab olunur. Ukrayna tərəfi bu raketləri ilk dəfə aprelin 17-də Krımdakı Rusiya aerodromunu vuraraq istifadə edib”, – nəşr bildirib.

Qeyd edək ki, Pentaqon ABŞ-ın döyüş hazırlığına zərər vuracağını əsas gətirərək Kiyevə “ATACMS” raketlərinin verilməsinə qarşı çıxıb. Lakin Vaşinqtonun xəbərdarlığına baxmayaraq, Rusiyanın Şimali Koreyanın ballistik raketlərindən istifadə etməsi və Ukraynanın kritik infrastrukturuna hücumu Ağ Evin fikrini dəyişdirib.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynaya “ATACMS” raketlərinin verilməsini şərh edib:

“ATACMS” raketlərinin verilməsi göstərdi ki, Vaşinqton Kiyevin terror potensialını artırmağı planlaşdırır. “Zelenski düsturu” ABŞ-a dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün lazımdır. ABŞ “dinc niyyət” bəhanəsi ilə insanları fəlakətə sürükləyir və Zelenskinin terror potensialını artırır”, – deyə Zaxarova vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az