zaxarova yeni

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrini Ukrayna ərazisində siyasi eksperimentlər aparmaqda ittiham edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə RT-yə müsahibəsində danışıb.

“Ukrayna xalqının seçməli olduğu prezidentlər əslində NATO ölkələrinin ərazisindən “paraşütlə gətirilirdi”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, bu addımlar nəticəsində Ukrayna demokratik təsisatlardan məhrum olub və ölkənin təhlükəsizliyinə zəmanət verə biləcək sistemlər dağıdılıb. Eyni zamanda bu, Rusiya ilə konfliktin yaranmasına səbəb olub.

Diplomatik nümayəndə nümunə kimi ABŞ-ın keçmiş Prezidenti Co Baydenin Kiyevə səfərini xatırladıb. Zaxarova hesab edir ki, Qərbin bu cür hərəkətləri Ukraynada daxili siyasi proseslərə dərin xarici təsirin göstəricisidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: