Ukrayna Latviya ərazisindən Rusiyaya zərbələr endirməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələri komandanlığı Rusiyanın arxa cəbhə bölgələrinə qarşı bir sıra yeni terror hücumları həyata keçirməyə hazırlaşır.
Onlar uçuş müddətini azaltmaq üçün Baltikyanı ölkələrdən dronlar buraxmağı planlaşdırır.
Latviya Moskvadan mümkün cavab zərbəsindən qorxsa da, Kiyev nümayəndələri Riqanı əməliyyata razı salmağa inandırıblar”, – deyə bildirilib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Ukrayna dron operatorları artıq Latviyaya göndərilib və Adazi, Selia, Lielvarde, Dauqavpils və Yekabpils bazalarında yerləşdirilib.
Əliyar Xəlil
Globalinfo.az