“ABŞ-ın kimyəvi silah fərziyyələri ittihamdan başqa bir şey deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Qərb uzun müddətdir bu mövzunu manipulyasiya edir.

“Rusiyanın guya Ukrayna Silahlı Qüvvələrinə qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı ABŞ-ın səsləndirdiyi iddialar spekulyasiyadır. Bütün bunlar diqqəti Kiyevin törətdiyi çoxsaylı cinayətlərdən yayındırmaq üçün edilir. Üstəlik, Ukrayna bu cinayətləri ABŞ kəşfiyyatının iştirakı ilə törədir”.

Zaxarova Ukrayna xüsusi xidmət orqanlarının üç agentinin 2024-cü il fevralın 27-də kimyəvi döyüş silahlarından istifadə etməklə Zaporojye vilayətində terror aktı törətməyi planlaşdırması haqda yayılan məlumatları xatırladıb. Bu planın Rusiya Federal Təhlükəsizlik Xidmətinin ayıqlığı nəticəsində baş tutmadığını bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiyanı Ukraynada xloropikrindən (kimyəvi silah) istifadə etməkdə günahlandırır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: