Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa Prezidenti Karol Navroçkini ruslara qarşı təhqiramiz ifadələr işlətməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Zaxarova bildirib ki, Navroçki çıxışlarında rusları “moskal” adlandırır və bunu nifrət dili nümunəsi kimi qiymətləndirib:
“Rusiya ilə Polşa arasında birbaşa sərhəd mövcuddur və bu iki ölkə arasında Ukrayna yerləşmir. Polşa rəhbərliyi bu reallığı nəzərə almalıdır. Navroçkinin Sovet ordusunun İkinci Dünya müharibəsindəki roluna münasibəti də qərəzlidir. Polşanın mövcudluğu Qırmızı Ordunun fəaliyyətinin nəticələri ilə bağlıdır”.
Rusiya XİN rəsmisi Polşa prezidentinin mövqeyini tənqid edərək, bunu “Polşanın ayıbı” kimi xarakterizə edib.
Qeyd edək ki, “moskal” sözü tarixən Moskva/Rusiya sakinlərini ifadə edib, bu gün isə xüsusilə Ukraynada ruslara qarşı alçaldıcı ifadə kimi işlədilir.
Safura Bənnayeva
Globalinfo.az