Belaruslu sabiq nazir Ermənistana görə KTMT və Lukaşenkonu tənqid etdi

“Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-də iştirakını dayandırmaq qərarı tamamilə düzgün və başa düşüləndir”.

Globalinfo.az xəbər verir ki, bunu Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşka deyib.

O, KTMT-nin Ermənistana qarşı davranışını tənqid edib.

“Təşkilat Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib. Lukaşenkonun erməni xalqına qarşı davamlı təhqirləri isə tamamilə qəbuledilməzdir”, – deyə Latuşka vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az