Zaxarovadan Makrona cavab: Varsa, paylaş!

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı sərt açıqlamalarına cavab verib. 

Globalinfo.az xəbər verir ki, Zaxarova bu barədə Teleqram kanalında paylaşım edib.

O, Makronun “Rusiyanın qalib gəlməsinə icazə vermək beynəlxalq nizamın müəyyən edilmiş qaydalarına daha əməl olunmayacağı deməkdir” açıqlamasına münasibət bildirib:

“Əgər Emmanuel Makronda dediyi “qaydaların” surəti varsa, paylaşsın. Qalibiyyət məsələsinə gəlincə, bu, Makronun və ya başqasının “icazəsindən” asılı deyil, Rusiya dediyini edəcək”.

Qeyd edək ki, Makron Rusiya ilə bağlı sərt açıqlamalar verib və Ukraynaya dəstəyin davam edəcəyini bildirib.

Ayşən Mustafa
Globalinfo.az