65107ea9c94d865107ea9c94d9169557981765107ea9c94d465107ea9c94d6

Zaqatalada transformator yanıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Yuxarı Tala Qaraxoba adlanan yayaş məhəlləsində 250 kilovatlıq transformatorda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan yoxdu.

Transformatorun yanması səbəbindən əraziyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: