Yaxın günlərdə hərbi əməliyyatlar başlaya bilər – Zakaryan

“Ermənistan ciddi hadisələrin astanasındadır. Hökumət vətəndaşlarımızın canını və malını düşünmür”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O bildirib ki, Nikol Paşinyan, Alen Simonyan və digərləri bu məsələdə sadəcə siyasi əlaltı və ya muzdlulardır.

“Qərb-Rusiya qarşıdurması fonunda anti-Rusiya toxumu səpərək Ermənistan vətəndaşlarının fincanına daha bir “şirin zəhər” töküldü. Onlar isə bu “zəhəri” ustalıqla qarışdırıb erməni xalqına içirdirlər. Ermənistanın maraqları və erməni əsgərlərinin qanı bahasına hakimiyyəti əldə saxlamaq üçün alver edənlər vətəndaşların etibarından yararlanırlar.

Hakimiyyətin müxtəlif bəyanatlarını oxuduqda yaxın vaxtlarda sərhəddə mütəşəkkil hərbi əməliyyatların başlaya biləcəyini ehtimal etmək mümkündür. Günahkar isə həmişə olduğu kimi keçmiş rəhbərlər, ruslar və ordu hissələri olacaq”, – Zakaryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az