2025 12 18 22 22 34ZL1F6okiKj4c5Fp1TCv0 file 1

Məşhur “Oskar” mükafatı 2029-2033-cü illərdə yutub platformasında tamamilə pulsuz yayımlanacaq.

Globalinfo.az “Unikal.az”a istinadla xəbər verir ki, video platforması 5 il ərzində “Oskar” mərasimlərinin yayım hüququnu əldə edib.

Kino Akademiyası ümid edir ki, bu addım tədbirin internet auditoriyası üçün daha əlçatan olmasına kömək edəcək. Yutub sayəsində tamaşaçılar bir neçə dildə altyazı və səsli izahlarla mərasimə baxa biləcəklər.

Bütün dünyadan izləyicilər birbaşa yayımı, qırmızı xalı reportajlarını, səhnəarxası görüntüləri və “Oskar” bayram gecəsinin çəkilişlərini izləmək imkanı əldə edəcəklər. ABŞ-də isə yutub TV abunəçiləri də bütün materialları seyr edə biləcəklər.

Paylaş: