Lavrovun Bakı səfərinin nəticəsini yaxında biləcəksiniz – Tarasov

Lavrovun bəyanatlarından görünən odur ki, Rusiya Cənubi Qafqazın geosiyasi peyzajını dəyişməyə başlayır.

Globalinfo.az xəbər verir ki, bu sözlər erməniyönlü rusiyalı analitik Stanislav Tarasovun məqaləsində yer alıb.

Onun sözlərinə görə, Moskva artıq Bakı ilə münasibətlərdə birinci plana təkcə ikitərəfli ticari-iqtisadi layihələri yox, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizini gətirir:

“Lavrovun Bakı səfərindən belə başa düşmək olar ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin nizamlanması təşəbbüslərini başqa oyunçunun üzərinə götürməsi Rusiyanı artıq narahat etmir. Nəzərə almaq lazımdır ki, başqa qüvvələrin təsiri bu planda çətin ki effektiv olsun”.

Tarasovun iddiasına görə, Bakı və Moskva fəaliyyətlərini aktiv şəkildə koordinasiya etməyə başlayıblar və bunun sayəsində geosiyasi məsələləri birgə həll edəcəklər.

O bunun nəticəsinin yaxın vaxtlarda görünəcəyini bildirib.

İlkin Həsənov
Globalinfo.az