Ermənistanda mənə dedilər ki, Qarabağda… – Dendias

“Afina Qarabağ münaqişəsindən çıxarılan dərsləri nəzərə alaraq, İrəvanla əməkdaşlıq edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikos Dendias deyib.

O bildirib ki, müasir müdafiə strategiyasında PUA-lar mühüm rola malikdir.

“Bu yaxınlarda Ermənistana səfərim zamanı PUA-lardan müasir döyüş meydanında istifadə olunması barədə mənə ətraflı məlumat verildi.  Afina İrəvanla müdafiə sahəsində əməkdaşlığa dair ikitərəfli sazişlər çərçivəsində qarşılıqlı fəaliyyət göstərmək niyyətindədir. Yunanıstan bu texnologiyaların əhəmiyyətini dərk edir və dronlara qarşı “qübbə” yaratmaq üçün öz imkanlarını fəal şəkildə gücləndirir”, – Dendias vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az