Yunanıstan “Rusiyanın S-300”-lərini Ukraynaya verir? – İDDİALARA CAVAB

“Yunanıstan “Rusiyanın S-300″ raket komplekslərini Ukraynaya vermək niyyətində deyil”.

Globalinfo.az xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis keçirdiyi brifinqdə deyib:

“Bu, haqda yayılan informasiyalar doğru deyil. Yunanıstan hökumətinin ölkənin müdafiə siyasətini təhlükəyə atmaq niyyəti yoxdur”, – Marinakis vurğulayıb.

Qeyd edək ki, daha öncə mətbuat Yunanıstan Müdafiə Nazirliyinin Ukraynaya köhnəlmiş silah sistemlərini, o cümlədən “Thor”, “Osa”, “S-300” və “ZU-23-2” zenit silahlarını göndərəcəyini yazıb.

Əliyar Xəlil
Globalinfo.az