Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 825 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 034 nəfər müalicə olunaraq sağalıb, 9 999 nəfər vəfat edib, aktiv xəstə sayı 623 nəfərdir.

Ölkədə son sutka ərzində 2 707, hazırkı dövrədək isə 7 412 931 test aparılıb.

Azərbaycanda daha 129 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib