Yevlax görüşünə Babayanla Balasanyan gələcəkmiş – SON ANDA…

“Yevlaxdakı görüş zamanı Bakı nümayəndələri ilə danışıqlar aparılması üçün bizim adımızdan Samvel Babayan və Vitali Balasanyanı təklif etdim”.

Globalinfo.az xəbər verir ki, bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan deyib.

“Bakıdan bizimlə ünsiyyətdə olan məsul şəxslə əlaqə qurdum. Qarabağ erməniləri adına Yevlaxda Samvel Babayan və Vitali Balasanyanın danışıqlarda iştirak etmələsi üçün namizəd kimi təklif etdim. Lakin Bakı bunu rədd etdi, mənfi cavab aldım”, – Şahramanyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az