Ermənistanda qərbyönlü qüvvələr arasında sərt mübarizə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin iddiasına görə, mübarizəni gərginləşdirən səbəb maliyyələşmənin azalmasıdır:
“Qərbyönlü siyasi qüvvələr, ictimai təşkilatlar və xadimlər qeyd edirlər ki, artıq yaxşı günlər geridə qalıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və Avropa strukturlarının qrantları ilə qidalananlar kəməri sıxmalı olacaqlar. Çünki maliyyələşmə ən azı 50-75% azalır. Bu səbəbdən qərbyönlülər arasında əsas gündəm maliyyə uğrunda mübarizə olub.
Yaxın günlərdə sözügedən mübarizənin daha da intensivləşəcəyini görəcəyik”.
Əliyar Xəlil
Globalinfo.az