Yeni “Prado” hər kəsi təəccübləndirdi – Səbəb

“Toyota” şirkəti yeni “Land Cruiser Prado”nun yanacaq sərfiyyatı ilə hər kəsi təəccübləndirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Motor” nəşri yazıb.

ABŞ-dakı markanın rəsmi saytında qeyd olunub ki, yeni versiya 100 kilometrə 8.7 litr yanacaq sərf edəcək. Yanacaq qənaətinin səbəbi isə elektrik mühərrikli “i-Force Max” güc qurğusudur.

Əvvəlki versiya “Land Cruiser Prado”ABŞ-da satılmadı. Çünki V8 benzinli “Land Cruiser 200” 100 kilometrə 13.8 litr yanacaq sərf edirdi. İndi yeni versiya ABŞ-da ən qənaətcil orta ölçülü avtomobil adına iddia edə bilər. “Ford Bronko”, “Land Rover Defender 110”, hətta “Jeep Vrangler 4x” 100 kilometrə 11.7-13.8 litr yanacaq sərf edirlər.