melaniya

“Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanması istiqamətində apardığı sülh səylərini Konqresə keçiriləcək aralıq seçkilərdən sonra da davam etdirəcəyinə ümid edir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Life” nəşrinin jurnalisti Aleksandr Yunaşevə verdiyi açıqlamada deyib.

“Tramp səlahiyyətlərini icra etməyə davam edir. Biz səmimi qəlbdən ümid edirik ki, o, sülh səylərini də davam etdirəcək. Artıq müəyyən nəticələr əldə olunub. Çox yaxın zamanda üçtərəfli danışıqların növbəti mərhələsi keçiriləcək. Söhbət uğurlu sülh səylərindən, həmçinin Melaniya Trampın humanitar təşəbbüslərindən gedir. Ümid edirik ki, bütün bunlar davam edəcək”, – deyə Kremlin nümayəndəsi qeyd edib.

Bundan əlavə, Konqresin ABŞ liderinin bu cür səylərinə mane olub-olmayacağı ilə bağlı suala cavab verən Peskov vurğulayıb: “Bu, Amerikanın daxili işidir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: