zelenskiy reu 2076192

“Rusiya bayrağı altında üzən “Sparta II” quru yük gəmisinin noyabrın 21-də Baltik dənizində hücuma məruz qalması, eləcə də Kiyevin noyabrın 22-də Liviyanın Benqazi limanında Rusiya gəmilərinə endirdiyi zərbələr yeni dünya müharibəsinə səbəb ola bilər. Qərb Ukrayna lideri Volodimir Zelenskini cilovlamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın keçmiş deputatı Andrey Kolesnik deyib.

“Biz Üçüncü Dünya müharibəsinin başlamasına millimetrlərlə yaxınlaşdıq. Qərb bu barədə düşünməlidir. Baltik dənizi ətrafında əhali çox sıx məskunlaşıb, tikililər də olduqca sıxdır. Benzinlə dolu bir göldə kibritlə oynamaq təhlükəlidir. Nəhayət, öz himayələrində olan Zelenskini sakitləşdirməlidirlər”, — deyə o bildirib.

Kolesnik vurğulayıb ki, Ukrayna cilovlanmasa, Üçüncü Dünya müharibəsi başlaya bilər.

Hərbi ekspertin sözlərinə görə, Benqazidə Rusiya gəmilərinə hücumlar məhz Ukrayna rəhbərliyinin göstərişi ilə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirilib.

“Zelenski bütün bu hadisələrdən xəbərdar idi, Kiyev limanda dayanmış gəmilərə qarşı həmin zərbələri əvvəlcədən planlaşdırmışdı”, — deyə Kolesnik bildirib.

Qeyd edək ki, noyabrın 22-nə keçən gecə Liviyanın Benqazi limanında körpüdə dayanmış Rusiya hərbi gəmisində partlayış baş verib. Bundan sonra yanğın başlayıb. Şərqi Liviya hakimiyyəti zərbənin pilotsuz uçuş aparatları vasitəsilə endirildiyini ehtimal edib və Rusiya ilə birgə araşdırma aparmaq planlarını açıqlayıb. Mütəxəssislər partlayışın səbəblərini və arxasında kimin dayandığını müəyyən etməlidirlər. Bundan əlavə, Rusiyaya aid olduğu iddia edilən yük gəmiləri də pilotsuz katerlərin hücumuna məruz qalıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: