Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi: həbs qərarı verildi – VİDEO

rus mehkeme 23

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.

APA-nın Rusiya bürosu xəbər verir ki, həmyerlimiz 22 günlüyünə istintaq təcridxanasına göndərilib.

***

Bu gün Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların adları məlum olub.

Bunlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Mehdi oğlu Səfərovlardır.

Vüqar və Mahəmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır.

Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov isə 36 saylı xəstəxanadadır.

***

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev də iştirak edir.

Bundan başqa Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski prosesə qatılıb.

Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəməsində Baş konsulumuz da iştirak edir - FOTOLENT - YENİLƏNİB-3

***

İttiham tərəfi Məzahir Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Vəkil isə onun ev dustaqlığına buraxılmasını istəyib.

***09:53

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

Globalinfo.az APA-ya istinadla bildirir ki, 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilij iyunun 27-də zor tətbiq edilərək sazlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə azərbaycanlılar barəsində həbs-qətiimkan tədbirinin seçilməsinə baxır.

ekran grnts 2025 06 29 095618 Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT