Yazıçılar Birliyinin Şərqi Zəngəzur bölməsi yaradıla bilər

Yazıçılar Birliyinin Şərqi Zəngəzur bölməsinin yaradılması təklif edilib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, Yazıçılar Birliyinin XIII qurultayı zamanı bu təşəbbüslə yazıçı Elçin Hüsenynbəyli çıxış edib.

Elçin Hüseynbəyli həmçinin birliyin Ağcabədidə yerləşən Qarabağ bölməsinin Şuşaya köçürülməsini də təklif edib:

“Düşünürəm ki, Şuşada gələcəkdə inşa ediləcək mədəniyyət mərkəzlərindən birində o bölməyə yer veriləcək”.